AZƏRBAYCAN FOLKLORU
VƏTƏN. QÜRBƏT
Bu qala daşdı qala,
Çınqıllı, daşdı qala.
Qorxuram qərib öləm,
Yar gözü yaşdı qala.
Gəl, məni fağır ağla,
Kimsəm yox sağır ağla.
Çıx dağların başına,
Adımı çağır ağla!
Elədimi dad ola,
Fəryad ola, dad ola.
Qorxuram qərib öləm,
Ağlayanım yad ola.
Yağı gəldi yanıma,
Susamışdı qanıma.
Döndüm qürbət ellərdən,
Qüvvət gəldi canıma.
Kəm baxtı sönən qərib,
Qürbətdə olan qərib.
Bəxtəvər günə düşdü,
Vətənə dönən qərib.
Geri qayıtmaq