KAMİL – CAHİL

AZƏRBAYCAN FOLKLORU

KAMİL – CAHİL

Ağıl yaşda deyil – başdadır.
Ağıllı düşmən nadan dostdan yaxşıdır.
Dəvəycən boyun olunca, düyməcə ağlın olsun.
Alim olmaq asandır, insan olmaq çətin.
Cahilin ibadətindən, alimin yuxusu yaxşıdır.
Anlayana qul ol, anlamayana ağa olma.
Anlayana da can qurban, anlamayana da, dad yarımcıq əlindən.
Arifə bir işarə kifayətdir.
Bilik ağlın aynasıdır.
Bilməmək eyib deyil, soruşmamaq eyibdir.
At – yeriməklə, insan bilməklə.
Oynamaq bilmir, deyir: yerim dardır!
Quduran qırx gün yaşar.
Elm ağlın cırağıdır.
Elmsiz adam meyvəsiz ağac kimidir.
Hirsin dövlətə zərəri var.
Cahil ilə bal yemə, aqil isə daş daşı.
Qisas qiyamətə qalmaz.
Gəmiyə minib gəmiçi ilə dalaşma.
Kor kora kor deməsə bağrı çatlar.
Tamahkarı yalançı aldadar.
Ustadına kəs baxanın gözlərinə qan damar.

Geri qayıtmaq

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir