ATA SÖZLERI
***
Abır istəsən çox demə, sağlıq istəsən çox yemə.
***
Ac toyuq yuxusunda darı qörər.
***
Aclıq sofiliyi pozar.
***
Aclıqda darı cörəyi halvadan sirin olar.
***
Aclıqdan kimsı ölməz, ölən toxluqdan ölər.
***
Aclıqdan quduranı saxlamaq olar, toxluqdan quduranı saxlamaq olamz.
***
Acını dadmayan sirini bilməz.
***
Adam adamdı olmasa da pulu, eşşək eşşəkdi olmasa çulu.
***
Adam aşını – işini bilməlidir.
***
Adam var – adamlarin naxşidi, adam var – eşşək ondan yaxşıdı.
***
Adam yanıla – yanıla öyrənir.
***
Adamı qılınc öldürməz, tənəli söz öldürər.
***
Adamı söz, kababı köz yandırar.
***
Adamın adı çıxınca canı çıxsa yaxşıdır.
***
Adamın başına nə gəlsə dilindəndir.
***
Adət qanun deyil, amma qanun qədər hökmü var.
***
Adilin qəzəbındən qorxmaq gərək, zalımın sükutudan.
***
Ağ divara hansı rəng çəksən tutar.
***
Ağ evi görəndə qara evı yaddan çıxartma.
***
Ağ qoyun, qara qoyun keçid başında bəlli olar.
***
Ağ parçaya ləkə tez düşər.
***
Ağılları bazara çıxardıblar, hər kəs yenə öz ağlın tapıb.
***
Ağıllı arvad ara, ağılsız arvad vara qaçar.
***
Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz.
***
Ağıllı düşmən nadan dostdan yaxşıdır.
***
Ağıllı düşməndən qorxma, dəli dostdan qorx.
***
Ağıllı gördüyünü, ağılsız eşitdiyini söylər.
***
Ağıllıynan çəkişmək cahilnan halva yeməkdən yaxşıdır.
***
Ağır qazan gec qaynar.
***
Ağılsız dostdan ağıllı düşmən yaxşıdır.
***
Ağır otur, “ağa” desinlər.
***
Ağladan yanına get, güldürən yanına getmə.
***
Ağlam ölü üçün, ağla dəli üçün.
***
Ağlamakqla gülmək bacı-qardaşdı.
***
Ağlamayan uşağa süd verməzlər.
***
Ağlarsa anam ağlar, qalanı yalan ağlar.
***
Ağlayanın bir dərdi var, gülənin beş.
***
Ağlayışın bilməyən ölüsün murdarlayar.
***
Axar su murdarləq götürməz.
***
Axmaq it aya hürər.
***
Axsaq eşşəyin kor nalbəndi olar.
***
Axşamdan sonra gələn qonağin yeyəcəyi soğandır.
***
Axsamın xeyrindənsə sabahın şəri.
***
Al almaya daş atan çox olar.
***
Alan aldanmaz, satan aldanar.
***
Aldığı bir iynədi, dəmirin batmanın yoxlayır.
***
Ala it çaqqalın dayısıdı.
***
Alçaq ata hamı minər.
***
Alçaq dağa qar yağmaz?!
***
Alçaq yerdə təpəcik özün dağ sanar.
***
Allah bir qapını bağlayanda bir qapını açar.
***
Allah bu əli o ələ möhtac eləməsin.
***
Allah boynuzsuz qoçun qisasın buynuzlu qoçda qoymaz.
***
“Allah” deyən namurad qalmaz.
***
Allah dəvəyə qanad versəydi, dam – divarı yıxardı.
***
Allah əsilsizə düşürtməsin.
***
Allah min dərd verib, min bir dərman.
***
Allah möminə hər şey bağışlar.
***
Allah saxlayanı qurd yeməz.
***
Allah tənbəli sevməz.
***
Allah var, rəhmi da var.
***
Allah verəndə bacadan da tökər.
***
Allah yolunda yox, şeytan yolunda çox.
***
Allah inanmayana bəndələr də inanmaz.
***
Allahdan nə gəlsə xoşdur.
***
Anasına bax qızını al, qırağına bax bezini al.
***
Anlamaza hörmət elərsən, deyərI məndən qorxdu.
***
Anlayana milçək sazdır, anlamayana zurna da azdır.
***
Araba aşandan sonra yol göstərən çox olar.
***
Arxa su gələnəcən qurbağanın canı çıxar.
***
Arı qəhrin çəkməyən balın qədrini bilməz.
***
Arifə bircə işarə də bəsdir.
***
Armudun yaxşısını meşədə ayı yeyər.
***
Arsızın üzünə tüpürüblər, “yağış yağır” demiş.
***
Arvad iki olanda ev süpürülməmiş qalar.
***
Arvad var ev yığar, arvad var ev yıxar.
***
Aslan qocalanda başına çaqqal-çuqqal toplaşar.
***
Aslanın balası aslan olar.
***
At ilə yola çıxan eşşəyin vay halına.
***
At oğurlanandan sonra axur nəyə gərək?
***
At olanda ot olmur, ot olanda at.
***
At ölər – meydan qalar, igid ölər – şan qalar.
***
Ata nal çalındığın görəndə qurbağa ayaqlarını uzatdı.
***
Attdan düşüb eşşəyə minməzlər.
***
Atı satıb eşşək alıb, dumbula-dum, dumbula-dum!
***
Atını bağla dirəyə, sonra Tanrıya tapşır.
***
Atlı qonq itli qonqdan yaxşıdır.
***
Atnan qatır savaşdı, arada eşşək öldü.
***
Avazın yaxşı gəlir, oxuduğun Quran olsa.
***
Ay işığına it hürər.
***
Ayda-ildə bir namaz, onu da şeytan qoymaz.
***
Ay gedən it, gəl məni tut.
***
Ay qaynana, heç gəlin olmamısan?
***
Ayıya dayı deyərlər körpünü keçincən.
***
Azı bilməyən çoxu heç bilməz.
***
Bacanaq bacanağı görəndə qaşınma tutar.
***
Baxmaqla öyrənmək olsa, ittdən qəssab olardı.
***
Balını ye, arısını soruşma.
***
Başaçığın qaçacağı yer – papaqçı olar.
***
Baş – başa vermyincə, daş yerindən qopmaz.
***
Başladığın işi yarımçıq qoyma.
***
Bəy don geydi, hamı dedi: mübarək olsun. Yoxsul geydi, hamı dedi: hardan gətirdin?
***
Bilən az deyər, biməyən yüz.
***
Bimədiyin bildiyindən çoxdu.
***
Bilməmək ayıb deyil, soruşmamaq ayıbdı.
***
Bir ağacda gül də bitər, tikan da.
***
Bir aya yeddi oğulu dolandırdı, yeddi oğlan bir atanı dolandırmadı.
***
Bir çörək özün ye, birin də Allah yolunda ver.
***
Bir dadanandan qorx, bir qudurandan.
***
Bir dana bir naxırı korlar.
***
Bir daşla divar olmaz.
***
Bir dəfə aldanmışda qəbahət aldadanın, iki dəfə aldanmışda qəbahət aldananın.
***
Bir dərdlinin dərmanı o dərdə düşəndən al.
***
Bir gün duz yediyin yerə qırx gün salam ver.
***
Bir it hürməklə karvan qayıtmaz.
***
Bir küllükdə iki xoruz banlamaz.
***
Biri od olanda biri su olsun gərək.
***
Biri ölməsə, biri dirilməz.
***
Birin gör – fikir elə, birin gör – şükür elə.
***
Boş araba çox səs salar.
***
Boş sünbülün başı yuxarı olar.
***
Böyük balıq kiçik balığı yeyər.
***
Böyük böyüklüyün bilməsə, kiçik də kiçikliyin bilməz.
***
Böyük loxma çeynə, böyük söz danışma.
***
Böyüksüz evdə xeyir-bərəkət olmaz.
***
Böyüyün tanımayan qibləsin də biməz.
***
Bu cırım, bu cındırım, mən durum necə sındırım?
***
Bu darı o aclığa çatmaz.
***
Dəni məndən yeyir, başqa yerdə yumurtlayır.
***
Dil var bal – gətirər, dil var – bəla gətirər.
***
Dirini öldürmık olar, ölünü diriltmək olmaz.
***
Dost başa baxar, düşmən ayağa.
***