Maraqlı tapmacalar

 


–  A quş, hardan gəlirsən?
–  Qanlı qaya dibindən.
–  Qanın niyə qurumuş?
–  Allah belə buyurmuş.

Kilkək


–  Heyvandı heç səsi yox,
–  Üstündə pulları çox.

Qılab


–  Axşam yığılar,
–  Səhər dağılar.

Quyot


–  Ağ otun alasına,
–  Gün düşdü talasına,
–  Elə də quş olarmı,
–  Yem verməz balasına

Əktriyəç


–  Dağda-qayada gəzər,
–  Quyruğunda var zəhər.

Bərqə


–  Torpaq deyil, daş deyil,
–  Quru deyil, yaş deyil,
–  Buynuzu var, qoç deyil,
–  Qanadlıdır, quş deyil.

Kənəpək


–  Balaca quyu, –  İçində suyu, –  Ağcadan ağdı, –  Sarıdan sarı.

Atrumuy


–  Yumru mərmər daşı,
–  İçində bəylər aşı.
–  Bişirərsən aş olar,
–  Bişirməsən quş olar.

Atrumuy


–  Ağırlığın yer götürər,
–  Ruzusun Allah yetirər.

Əprök


–  Beş dərviş bir quyuya daş atar.

Zığa əv ralqamrab


–  Biz idik, bizlər idik,
–  Otuz iki qız idik.
–  Gah əzildik, üzüldük,
–  Bir taxçaya düzüldük.

Rəlşid


–  İki fanar,
–  Gündüz yanar.
–  Gecə sönər.

Zög


–  Ağzını aşağı elərəm dolar,
–  Yuxarı elərəm boşalar.

Qapap


–  Bağlaram-qaçar,
–  Açaram-durar.

Qıraç


–  Bədəni var, başı yox,
–  Qolları var, qılçası yox.
–  Qarnını yırt, qanı yox.

Kənyök


–  Çəkisi bircə misqal,
–  Qiyməti mincə dinar.

Tnaillirb


–  Ağdı donu, yoxdu canı,
–  Uzuncadır dırnaqları,
–  Yerə batır barmaqları.

Rıdaç


–  Bizdə bir kişi var,
–  Hər gələnə əl verir.

Nınıpaq iyətsəd


–  Gecə boşalar,
–  Gündüzlər dolar.

Küy irey


–  Minarə, ha minarə,
–  İçi tamam qan-qarə,
–  Təpəsi açıq olur,
–  Dibi də ki, lap qarə.

Acab


–  Az gedər, çox gedər,
–  Bircə qarış yol gedər.

Kişeb


–  Ayağı var, əli yox,
–  Ağızı var, dili yox.
–  Soyuqlarda gərəkdir,
–  Boğazı lap dirəkdir.

Abos


–  Bağlarda tappıldar,
–  Meşədə şaqqıldar.

Atlab


–  Bax Allahın işinə,
–  İplik taxıb dişinə,
–  Papaq qoyub başına.
–  Quyruğu suda
–  Başı quruda.

Apmal


–  Bizdə bir kişi var,
–  Ağzında iki dişi var.

Aşam


–  O nədir ki, gecə-gündüz yol gedir.

Taas


–  Xanımların əlindədi,
–  Cümlə-cahan içindədi,
–  Xanım özü də içindədi.

Ügzüg


–  Durub, durub əylənər,
–  Məni görüb bəylənər.
–  Adam kimi yeriyər,
–  Adam deyil, əylənər.

Əglök


–  Nə əli var, nə ayağı,
–  Nə başı var, nə qulağı,
–  Gah ağladar, gah güldürər.

Zös


–  Qabırğası var, qanı yox,
–  Nəfəsi var, canı yox.

Nomraq


–  Dərdi qəmdən,
–  Təni zərdən,
–  Əlin vursan,
–  Edər fəğan

Yen


–  O nədir ki, yetmiş iki dil bilir.

Zas


–  Əlimə allam, sallanar,
–  Yerə qoyaram, yığılar.

Ricnəz


–  Yarır torpağı qat-qat.
–  Əlli öküz, əlli at,
–  Ona çatmaz qüvvə də
–  Böyük iş görür kənddə.

Rotkart


–  Uzunca qız uzanar,
–  Özünə yem qazanar.

Abay


–  Fır-fır ötər,
–  Ağ-ağ tökər.

Namriyəd


–  Ağzı birdi, dili mindi,
–  Gah belə deyir, gah elə.

Mələq


–  Anada var, atada yox,
Nuxada var, Bakıda yox.

N


–  Bir quşum var nəhanı,
–  Gəzər cümlə-cahanı,
–  İstərəm kəsib yeyəm,
–  Nə əti var, nə qanı.

Ərayyət


–  O nədir ki, içində qışdır,
–  Çölündə bahar.

Ucuduyos


–  Suda gəzər canı yox,
–  Boğazlasan qanı yox.
–  Suya atsan o batmaz,
–  Quruda yatsa qalxmaz.

Qıyaq


–  Sulu yerdə kişnər.
–  Susuz yerdə qışlar.

İməg


–  Qaməti düz
–  İçi əyri
–  Kərpici daş,
–  Başında tac.
–  Səhər-axşam
–  Oxur bülbül.

Əranim


–  Əzilməz,
–  Üzülməz,
–  Süfrəyə
–  Düzülməz.

Şad


–  Meşədə kəsdilər başın
–  Şəhərə atdılar leşin.
–  Suya saldılar, batmadı
–  Oda atdılar yandı.

Atxat


–  Nə burda var, nə orda
–  Doludur Naxçıvanda,
–  Hər şeyi dadlandırır,
–  Halvanı bulandırır.

Zud


–  O necə ağacdır ki, gündə bir yarpaq salır.

Mivqət


–  O nədir ki, bədəni içəridə,
–  Başı eşikdə.

Xım


–  Şəhəri var, evi yox.
–  Meşəsi var, ağacı yox.
–  Dənizi var, suyu yox.

Ətirəx

 

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir