ALQIŞLAR, DUALAR

AZƏRBAYCAN FOLKLORU

ALQIŞLAR, DUALAR

Abadlığa çıxasan.
Aqibətin xeyir olsun.
Ağ günə çıxasan.
Ağ bəxt olasan.
Ağıl-kamal sahibi olasan.
Ağrı görməyəsən.
Addı-sannı olasan.
Adı uca olasan.
Azar-bezar görməyəsən.
Ayüzlü olasan.
Arzuna qovuşasan.
Atlaz donlu olasan.
Açıq ürəyinə qara xal düşməsin.

Cavanmərd olasan.
Calalın artsın.
Canın ağrımasın.
Can-başım bela görməsin.
Canın sağ olsun.
Cah-calallı olasan.
Cənnətməkan olasan.
Cərgələrə qoşulasan.

Evin abad olsun.
Ev-eşik sahibi olasan.
Ev tikib ocaq salasan.
Eyş-işrət işində yaşayasan.
El gözündə uca olasan.
Elli-obalı olasan.
El köməyin olsun.
El arxan olsun.
El dadına çatsın.
Eldən ayrı düşməyəsən.
Enlikürəkli olasan.
Etibarına güvənilsin.
Etibardan düşməyəsən.

Əbədiyyətdə qovuşasan.
Əqrəban kömayin olsun.
Ədəb-ərkan sahibi olasan.
Ədalət kömayin olsun.
Əzab-əziyyət görməyəsən.
Əziz olasan.
Əyilmək bilməyəsən.
Əkdiyin bərəkətli olsun.
Əlin var olsun.
Əli açıq olasan.
Əliaşağı olmayasan.
Əməyin bəhrəsin görərsən.
Əmin-amanlıqda olasan.
Ərsəyə çatasan.
Əsilli-nəsilli olasan.

Fağırlıq görməyəsən.
Fağır-füqəra köməyi olasan.
Fərəh içində üzəsən.
Fikir-xəyal çəkməyəsən.

Havadar olasan.
Haqqa çatasan.
Haqq köməyin olsun.
Hazırcavab olasan.
Halallığa qovuşasan.
Halal süd əmmiş baxtına çıxsın.
Halalına haram qatılmasın.
Hampa qapısı tanımayasan.
Hikmət sahibi olasan.
Hörmət-izzət sahibi olasan
Hünəvər olasan.

Üzüağ olasan.
Üzüntü çəlməyəsən.
Ümidini Allah üzməsin.
Ürəyiaçıq olasan.
Ürəyigeniş olasan.
Ürəkağrısı bilməyəsən.

Geri qayıtmaq

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir