KƏDƏR – SEVİNC

AZƏRBAYCAN FOLKLORU

KƏDƏR – SEVİNC

At ölüb, itlərin bayramıdır.
Zurnaçı zorunu püfanə verər.
Oynamaq bilməz, “yerin dardır” – deyər.
Dumbul görər oynar, mehrab görər ağlar.
Odu söndürüb, külü ilə oynayır.
Gülmə qonşuna, gələr başına!
Ağlarsa anam ağlar, qalanı yalan ağlar.
Keçinin əcəli gələndə, buynuzunu çobanın çomağına sürtər
Ölülər elə bilir ki, dirilər halva ağlar.
Haynan gələn, vaynan gedər!
Tısbağını ya öldür, ya arxası üstə çevir!
Dəmiri nəm çürüdür, insanı qəm.

Geri qayıtmaq

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir