DÜNYADA

AZƏRBAYCAN FOLKLORU

Aşıq Ələsgər

DÜNYADA

Sirat, sual qabaqdadı,
Nədamaqdı dünyada!?
Kəlməyi-şəhadət lazımdı,
Ölən vaxtı dünyada.
Tut orucun, qıl namazın,
Şükür eylə Allaha.
Gul olma dünya malına,
Qalacaqdı dünyada.

Yalan deyib, qeybət etmə,
Rəhmin gəlsin canına.
Öz-özünə fəxr eləyib,
Baxma şövkət-şanına.
Əzrayıl əlində çəngəl,
Gələcəkdi yanına.
Qəzəbindən gül irəngin
Solacaqdı dünyada.

Şeyridlikdə can çürütdüm,
Hərgiz ustad olmadım.
Nəfs öldürdüm, düz dolandım,
Dostumdan ya olmadım.
Ələsgərəm, qan ağladım,
Ölüncə şad olmadım.
Əzəl gündən fələk mana
Qara baxdı dünyada.

Geri qayıtmaq

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir