BAŞ ENDİRİR

AZƏRBAYCAN FOLKLORU

Aşıq Ələsgər

BAŞ ENDİRİR

Ələstidən “bəli” deyən
Sübhana baş endirir.
Məhəmmədə nazil olan
Qurana baş endirir.
Özü birdi, adı minbir,
Vəhdəhuəl-ləşərik.
Əhli-mömin görə bilməz,
Pünhana baş endirir.
Ölməyincə bu sevdadan,
Çətin dönəm, usanam.
Həqiqətdən dərs almışam,
Təriqətdən söz qanam.
Şahi-Mərdan sayəsində,
Elm içində ümmanam.
Dəryaların qaydasıdır,
Ümmana baş endirir.

Biçarə Aşıq Ələsgər,
Olma elmə nabələd.
Danışanda doğru danış,
Sözün çıxmasın qələt.
Çox qazansan, az qazansan,
Beş arşın ağdı xələt.
Mal-dövlətə baş endirən
Əfsanə baş endirir.

Geri qayıtmaq

a

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir