HEYVANLARIN BƏHSİ

HEYVANLARIN BƏHSİ

Qoyun deyər:
Mən heç otdan doymaram,
Payız oldu çörun-çöpün qoymaram,
Hər evi mən yunum ilə bəzərəm,
Allı-güllü xalçalarım var mənim!

Keçi deyər:
Adım Əbdülkərimdi,
Qaval çəkilən mənim dərimdi,
Üç ay qışı olməm Allah kərimdi.
Şeytan-şeytan balalarım var mənim,
Qəlbi-qəlbi qayalarım var mənim!

Camış deyər:
Payız olcaq samanlığı doldurun,
Yaz olanda boyunduruğu yondurun,
Cütə getməsəm, vurun məni öldürün.
Dolu-dolu mərəklərim var mənim,
Buz qatığım, ağ-ağ kərəm var mənim!

Öküz deyər:
Mən yiyəmə nökərəm,
Üç ay qışı tövləsində bikaram,
Yaz olanda çayır-çəmən sökərəm,
Ağlı-qırmızılı buğda əkərəm.
Dolu-dolu xırmanlarım var mənim,
Uca-uca tayarlarım var mənim!

İnək deyər:
Mən doğanda mələrəm,
Ahım ilə dağı-daşı dələrəm,
Qudurdumu kündə-kündə sərərəm.
Dadlı-dadlı kərələrim var mənim,
Gözəl-gözəl balalarım var mənim!

At deyər:
Yel kimi göydə uçaram,
Yollar keçib dağdan-dağa aşaram,
İgidlərlə bir məqamda yaşaram.
Pəhləvanlar kimi yiyəm var mənim,
Saraylara oxşar dəyəm var mənim!

Eşşək deyər:
Mən hamıdan fağıram,
Palçığa düşəndə dağdan ağıram,
Çöldə qalsam mən yiyəmi çağırram.
Kərənaydan yoğun səsim var mənim,
Atlarınan böyük bəhsim var mənim!

Dəvə deyər:
Heç heyvan götürməz mənim yükümü,
İgid oğlan gərək çəkə ipimi,
Ərəbistan içər mənim südümü.
Uzaq-uzaq mənzillərim var mənim,
Dizləri bərk nasillərim var mənim!

Qoyun deyər:
Qarnımı doydur, qara quyla məni.

Keçi deyər:
Qarnımı doydur, qora quyla məni.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir