AY MARAL

AZƏRBAYCAN FOLKLORU

Nüvrəs İman

AY MARAL

Çarxı-fələk məni yaman oxlayıb,
Axır yaralardan qanım, ay maral!
Mən də sənin kimi yaman dərdliyəm,
İnildəmə, çıxdı canım, ay maral!

Tifil ikən ustad oldum dünyada,
Bir Şirinə Fərhad oldum dünyada,
Çöl-biyaban, səhrada oldum dünyada,
Yoxdu elim, nə məkanım, ay maral!

Göyçə sakiniyəm, adımdı İman,
Könülüm çox sınıqdı, halım pərişan.
Hər nə ki sirrim var, eylədin bəyan,
Dedim sana hər nişanım, ay maral!

Geri qayıtmaq

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir