AZƏRBAYCAN FOLKLORU
YATDI DƏYİRMAN DAŞIM
Yelli babam
Yel babam,
Telli babam
Tel babam.
Təknədə qaldı aşım,
Yatdı dəyirman daşım,
Elim-günüm batdı gəl,
Çərpələngim yatdı gəl.
Yelli babam
Yel babam,
Telli babam
Tel babam.
Gülpərinin arpası,
Xanmuradın yarması,
Novatda dalda qaldı…
Uşaqlar darda qaldı,
Çiynimə düşdü başım,
Yatdı dəyirman daşım.
Yelli babam, yel babam,
Güllü babam, gül babam,
Dərdimi gəl bil, babam,
Gəl babam, ay gəl babam.
Güllü tutdu savaşım,
Təknədə qaldı aşım.
Yatdı dəyirman daşım
Yelli babam
Yel babam,
Gəl babam, ay
Gəl babam.
Geri qayıtmaq