AZƏRBAYCAN FOLKLORU
Aşıq Musa
MƏRD
Xaliq özü Məhəmmədə
Göndərdi Qurani mərd.
Yüz on dörd əziz surəni,
Otuz cüz ayanı mərd.
Heç kimsədən bakım yoxdu,
Sığınmışam sübhana.
Pədərimin mərd oğluyam,
Gəzirəm meydanı mərd.
Hər kimə ki mən can dedim,
Canı canda görmədim.
Xudada olan kərəmi,
Bəninsanda görmədim.
Atasına kəc baxanı
Bir məkanda görmədim.
Nəzər saldım sağa, sola,
Dolandım hər yanı mərd.
Qafil olma, Aşıq Musa,
Kim qalacaq dünyada.
Uca könülün alçaq saxla
Havalanma ziyada.
Cəhənnəmin maliklərin
Gündə yüz yol sal yada.
Bağışlanır günahların,
Göl eylə tobanı mərd.
Geri