KİM NE DEDİ

KİM NƏ DEDİ

 

Kan, can və din qardaşım Ziya Bəy, Azərbaycana göstərdiyiniz  xidmətlərə görə  çox sağolun.   

01.12.06       

Azərbaycan Respublikasının xalq şairi

Bəxtiyar Vahabzadə

Kendi səsindən ANA şeiri


Sevgili Ziya,

Siteye baktim,hayirli olsun.

Azerbaycan,bu tarafta kalanlar icin bir “semt-i mechul”

Tanimis oluruz. Selam ve sevgiler.

Cumali unaldi(sair-yazar)

www.cumaliunaldi.com

Cumali Ünaldı səsindən kendi şeirleri


Sevgili Kardeşim Ziya , Giriştiğin her işte oldugu gibi, oluşturduğun bu sitede de çok hayırlı ve başarılı bir çalışma sergilemiş, bir eser ortaya koymuşsun. Verdigin emekler İnşallah çok yararlı sonuçlar dogurur ümidindeyim. Çünkü Türkiye ve Azerbaycan Oguz milleti bu ve buna benzer vesilelerle daha çok birbirine ısınıyor ve kaynaşıyor. Böylece “iki devlet, tek millet” tezi hakikat oluyor. Gayret ve çalışmalarının devamını diler, muhabbetlerimi sunarım.

Dr. Mehmet Ünal Şahin

 

 


Əziz dostum Ziya bəy,

İnternetdə belə vətənpərvər saytların yaranması Azərbaycana gərəkdir, xüsusilə Türkiyənin vətəndaşı olaraq belə bir işiniz tərifə layıqdır.

Sizə təşəkkür edirəm.

Xalq artisti Səyavuş Aslan.

2006 5 may.

Baku.


Değerli dost Ziya Şahin, Sitenize baktım. Elimizden tutup bizi Azerbaycan ve “Baki”de gezdiriyor. Haberdar ediyor. Kültürünü tanıtıyor. Mevcut ve geçmişteki şahsiyetlerle tanıştırıyor. Sitenizin hayırlara vesile olması için dua ediyorum…

Adil AKKOYUNLU.

Mutefekkir-yazar/ TURKIYE


Degerli Hemşerim vefalı oluşunuzdan dolayı öncelıkle teşekur eder gözlerınden öperım. Sitenızı ınceledım benım her zamankı gıbı felsefem geçmışını bılmeyen ve değer vermeyen geleceğıne kışı veya mıllet olsun yıkılmaya mahkumdur. sızın gıbı degerlı dostların vatan sever duyguları ıle hareket edıldıgınde dımdık ayakta ebedı, kalmaya muhtedırdır.

Tekrar gözlerınden öper tum azerı gardaşlara va bacılara saygı,sevgı ve hurmetlerımı bıldırır hasretlıgı gıdermek kaydı ıle.

Selahattın ALPAY (Məşhur türk xalq musigi sənətçisi)

Kendi səsindən MALATYA mahnısı

 

DEĞERLİ ZİYA ŞAHİN BEY, WEB SAYTINIZI BÜYÜK BİR MERAKLA İNCELEDİM. AZERBAYCAN HAKKINDA KISADA OLSA MÜHİM MALUMATLAR VERMİŞSİNİZ.SİZİN KİMİ DOSTLARLA BİR YERDE DİASPORA FAALİYETİNDE BULUNMAK BİZİM ARZUMUZDUR. SİTE ÇALIŞMANIZI TAKDİR EDER, SAYGILARIMI SUNARIM.

TİMUR SELÇUK

Azerbaycanlılar dayanısma dernegi baskanı/İstanbul www.azerbaycanlilar.com


INTERNET-də Azərbaycan və Türkiyə dövlətləri arasında birliyi, qardaşlığı təcəssüm etdirən yeni sayt (www.ziyasahin.com) açılıb. İki dildə (azərbaycan və türk dillərində) fəaliyyət göstərən sayt türkiyəli iş adamı Ziya Şahinə məxsusdur. Burada bir sıra vacib məlumatlar yerləşdirilib. Belə ki, bu sayt vasitəsilə Azərbaycan respublikası haqqında ümumi məlumat, Türkiyənin Azərbaycandaki səfirliyinin, ölkəmizin dövlət qurumlarının (Prezident Aparatı, Milli Məclis, nazirliklər, komitələr və s.), Bakı və Sumqayıt şəhərlərinin icra hakimiyyəti orqanlarının, Bakı şəhərində yerləşən mehmanxanaların, xəstəxanaların, turizm yerlərinin, Azərbaycanın və Türkiyənin gömrük idarələrinin koordinatlatı, həmçinin Bakı şəhərindəki hava durumu haqda məlumat əldə etmək olar. Bununla yanaşı, saytda Azərbaycan ədəbiyyatı və musiqisinin nümunələri, milli mətbəximizə aid məlumatlar da yerləşdirilib.

Hesabat N16(54) 06.05.2006


Ziya Şahin: “Bu torpağın insanı bir yana, qara daşını da sevirəm”

Ziya Şahin bəylə tanışlığımız təsadüfi oldu. Ermənistanda şirkət açan və ya açmaq istəyən işadamlarını Azərbaycan mətbuatı vasitəsilə ifşa etmək arzusu ilə redaksiyamıza gəlmişdi. Xeyli söhbətləşdik. Həqiqətən, qəzet səhifəsinə çıxarılmalı məqamlara toxundu. “Crispino” şirkətinin Yerevanda mağaza açmasının, “Kurtlar vadisi” serialının qəhrəmanı Polat Alemdarın həmin şirkətin reklam çarxına çəkilməyə razılıq verməsinin onu hədsiz narahat etməsi dərhal hiss olunurdu. Özünün şəxsi internet saytı olduğunu da dedi. Sayta baxdım, yalnız adı ona aiddir, qalan hər şeyi Azərbaycandır. Məndə ondan müsahibə almaq istəyi yarandı. Bu söhbət Ramazan ayından əvvəl olmuşdu, müsahibə isə bu gün reallaşdı.

Ziya Şahin bəylə tanışlığımız təsadüfi oldu. Ermənistanda şirkət açan və ya açmaq istəyən işadamlarını Azərbaycan mətbuatı vasitəsilə ifşa etmək arzusu ilə redaksiyamıza gəlmişdi. Xeyli söhbətləşdik. Həqiqətən, qəzet səhifəsinə çıxarılmalı məqamlara toxundu. “Crispino” şirkətinin Yerevanda mağaza açmasının, “Kurtlar vadisi” serialının qəhrəmanı Polat Alemdarın həmin şirkətin reklam çarxına çəkilməyə razılıq verməsinin onu hədsiz narahat etməsi dərhal hiss olunurdu. Özünün şəxsi internet saytı olduğunu da dedi. Sayta baxdım, yalnız adı ona aiddir, qalan hər şeyi Azərbaycandır. Məndə ondan müsahibə almaq istəyi yarandı. Bu söhbət Ramazan ayından əvvəl olmuşdu, müsahibə isə bu gün reallaşdı

– Ziya bəy, Azərbaycan oxucusu sizi tanımır. Bəlkə, öncə “Siz kimsiniz, Ziya bəy?” sualını cavablandırasınız…

– Doğrusu, ismimin çox tanıdılmasını istəmirəm. Önəmli olan gördüyün işin xalqın xeyrinə olmasıdır. 1958-ci ildə Malatyada doğulmuşam. 18 yaşımda İstanbula gedib ticarətlə məşğul olmağa başladım. 1996-cı ildə ticarəti buraxıb, kitablar oxudum, musiqi dərsləri aldım. Üç ildir Azərbaycanımızda çox mutlu şəkildə yaşayıram. Uşaqlığımda Malatyada gördüyüm at çapmaq, qoyun-quzu, toyuq-cücə səsləri eşitmək üçün burada da heyvandarlıqla məşğulam.

– www.ziyasahin.com saytının açılması hansı zərurətdən doğdu?

– Mən çocuqluğumdan Azərbaycanı, xüsusən də, onun musiqisini çox sevmişəm. Özü də təkcə mən yox, mənim ailəm də, əmim də, bibim uşaqları da. Mən buraya gələn andan bu ölkədə çox rahat olduğumu hiss etdim. Təkcə rahat olmadım, həm də Azərbaycana aşiq oldum. Düşündüm ki, aşiq məşuquna kiçik də olsa bir şey hədiyyə etməlidir. Mən bura gələndən sonra qohumlarım, dostlarım məndən Azərbaycan musiqisi istəyirdilər. Bir də, Türkiyədə bizim evimiz böyük bir universitetin yanındadır. Məni tanıyan tələbələrdən biri bir dəfə soruşdu ki, “Abi, haralardasan?” Dedim ki, Azərbaycandayam. Ardınca dedi ki, abi, deyirlər oradakılar da türkcə danışırlar, doğrudurmu? Düzü, bu suala çox üzüldüm. Bax elə bu üzüntülərdən doğan düşüncə ilə sayt açmaq qərarına gəldim. Düşündüm ki, Azərbaycan musiqisini təkcə qohumlarım deyil, bütün dünya dinləyər, həm də bu sayt vasitəsilə Azərbaycanı dünyaya tanıtmağa yardımçı olaram.

– Ermənistanda mağazasını açan “Crispino” şirkətini ifşa etmək üçün araşdırmalar aparırdınız, nəticəsi nə oldu?

– Saytımda reklamı olan “Türksoylaİpekyolu” şirkəti öz saytında Türkiyənin məşhur televiziyaçılarından Seyfulla Türksoyun “Crispino”nun erməni sevgisi” adlı yazısını yayımladı. Qeyd edim ki, “Crispino”nun rəhbərləri mənim həmşəhərlilərimdir, özü də çox təmiz ailə kimi tanınırlar. Ermənistanda iki şöbə açmaları, təbii ki, məni çox üzdü. Amma şirkətin idarə heyətinin sədri Yunis Aktaş bir televiziya verilişində iştirak edərək, Yerevandakı şöbələri onların Moskvadakı erməni əsilli distribüterinin açdığını söylədi. Həmin televiziya verilişinin ertəsi günü Bakıda bizim Türkiyənin mədəniyyət naziri Atilla Koçla görüşümüz var idi. Mən Seyfulla Türksoyu arayıb ondan məlumat istədim. O mənə dedi ki, www.google.com saytında “CRİSPİNO ERMENİSTAN” yaz, gör qarşına nələr çıxacaq. Onun dediyini elədim və məni heyrət bürüdü. Mən qəzetinizin oxucularına da tövsiyə edirəm ki, həmin sayta girib baxsınlar. Ertəsi gün Atilla Koçla görüşün sonunda ona belə bir sualla müraciət etdim. “Sayın bakanım, “Crispino” adlı şirkət Yerevanda iki şöbə açıb. Bu, digər firmalar üçün pis bir örnək olmazmı?” Nazir də dedi ki, bu barədə məlumatım yoxdur, amma bunu mütləq araşdıracağam. Görüşdən sonra burada iştirak edən jurnalistlər mənə yaxınlaşıb suallar verdilər və ertəsi gün buranın qəzetlərində bu barədə məlumat çap edildi. Bir telekanal da Yunis Aktaşla telefon bağlantısı qurdu. İki gün sonra “Crispino”nun rəhbəri mənim mobil telefonuma zəng etdi. Soruşdum ki, nə istəyirsən? Dedi ki, həmyerliyik, tanış olaq. Təbii ki, mən onu acıladım. Dedim ki, sən Azərbaycana gəlib mağaza açdın malın satılmadımı, gedib Yerevanda şöbə açırsan? Cavab verdi ki, biz belə reaksiya olacağını gözləmirdik, qərarımızı vermişik, oradakı şöbələri bağlayacağıq və Azərbaycana gələcəyik. Mən pul üçün bu cür işlərə əl atan adamları görəndə çox mütəəssir oluram.

– “Kurtlar vadisi” serialının qəhrəmanı Polat Alemdarın – Nəcati Şaşmazın “Crispino” şirkəti ilə imzaladığı reklam anlaşmasının aqibəti necə oldu?

– Onlar bu mövzuda anlaşdılar və bu reklam üçün “Crispino” Nəcati Şaşmaza 8 milyon dollar ödədi. Amma bu günlərdə eşitdim ki, Nəcati Şaşmaz reklamın yalnız bir bölümünə çəkilib, sonrakı hissələrdə çəkilməkdən imtina edib.

– Eşitdiyimizə görə, İngiltərədə yaşayan soydaşımız Sami Yusufun Bakıda konsertinin təşkil olunmasının təşəbbüsçüsü sizsiniz…

– Yox, mən təşəbbüsçü deyiləm, amma bu təşəbbüsü göstərənə yardım etmişəm. Bilirsiniz, mən saytımı hazırlayarkən orada yerləşdirəcəyim məlumat və sənədlərin sahiblərindən izin istəyib, halallıq almışam. Saytın ana səhifəsində yerləşdirilmiş Peyğəmbər Əfəndimizin guşəsi də bunlardan biridir. Həmin guşədə yerləşdirilən səsli əsərin hüquqları “Halal” studiyasının sahibi Eldar Aslan bəyə aiddir. (Qeyd edim ki, Eldar bəy xalq artisti Siyavuş Aslanın oğludur). Mən onunla görüşüb əsərini saytda yerləşdirmək üçün icazə istədim, o da məmnuniyyətlə razı oldu. Bu ilk görüş onunla dostluğumuzun əsasını qoydu. Sonra bir dəfə Eldar bəy mənə dedi ki, Sami Yusufu Bakıya gətirmək istəyirəm, amma onunla əlaqə qura bilmirəm. Mənim Misirdə bir dostum var, universitetdə müəllim işləyir. Onun Sami Yusufun meneceri ilə yaxın münasibətləri var. Dərhal ona zəng etdim və xoşbəxtlikdən həmin vaxt Sami də Misirdə idi. Beləcə, Sami Yusufla danışıqlara başlandı. Dörd ay davam edən danışıqlardan sonra dostum və Sami Yusufun meneceri Bakıya gəldilər. Bura ilə tanış olduqdan sonra “Halal” studiyası ilə, Eldar Aslan bəylə müqavilə imzaladılar. Hətta saytın Azərbaycan distribüterliyi də “Halal” studiyasına verildi. Bu haqda www.samiyusuf.com saytında da məlumat yayılıb. Bu arada mən çox istəyirəm ki, Sami Yusufun kliplərinin biri Azərbaycanda çəkilsin. Bunun baş tutması üçün əlimdən gələn hər şeyi edəcəyəm. Bu mövzuda sizin oxuculardan da bir xahişim var. Qoy onlar Sami Yusufun saytına girib, qonaq kitabında (guestbook) ondan kliplərinin birini burada çəkməyi xahiş etsinlər. Düşünürəm ki, bu, baş tutsa, Azərbaycanın tanıdılmasında önəmli rol oynayacaq. Sami Yusuf bu gözəl ölkənin xaricdə üzə çıxmış cövhəridir. Biz onun doğma milləti ilə görüşməsinə vəsilə olduq. Bu gözəl ölkənin xeyrinə olan hər işə gücüm yetdiyi qədər yardımçı olacağam, bu mənim üçün ən böyük şərəfdir. 1918-ci ildə Nuru Paşa və onun əsgərləri bu yerlərə pul qazanmağa gəlməmişdilər. O insanların nəvələri olaraq, onların yolunu davam etdirmək bizim namus və şərəf borcumuzdur.

– Sizdə bu qədər Azərbaycan sevgisi haradandır?

– İndiyə qədər 20-dən çox ölkədə olmuşam. Səmimiyyətimə inanmağınızı istəyirəm. Bu ölkə dünyanın ən gözəl ölkəsi, buranın insanları dünyanın ən təvazökar adamlarıdır. Mənim babalarım burada canlarından keçiblər. Babamın qardaşı Muhəmməd Hanəfi 1918-ci ildə bu torpaqda şəhid olub. Yəni hansı tərəfdən baxsaq, bizim bu ölkəni sevməyimizin təbii olduğunu görərik. Əgər bu millətlə heç bir dini, milli əlaqəsi olmayanlar 70 il bu ölkəyə sahib çıxa biliblərsə, bu qədər oxşarlıqlarımız, eyniliklərimiz olan yerdə biz niyə arxa durmayaq? Mən buranın insanı bir yana, qara daşını da sevirəm.

– Ziya bəy, təklifimizi qəbul edib suallarımızı cavablandırdığınız üçün Sizə təşəkkür edir, tutduğunuz yolda müvəffəqiyyətlər arzulayırıq.

– Mən də həm vaxtınızı, həm də qəzetinizin səhifəsini mənə ayırdığınız üçün sizə təşəkkür edirəm.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir