Azərbaycanın elmi, iqtisadi və hərbi cəhətdən inkişaf etməsinə qəsdən maneçilik törədilirdi. Azərbaycan 1918-ci ildə işğal edilir. Azərbaycanın bir çox şəhəri ələ keçirilir. İşğalçı Şaumyanın başçılıq etdiyi hərəkat tamamilə xalqa qarşı yönəlmişdi. Bakıda türklərə qarşı 18 mart-1 aprel 1918-ci il tarixində qorxunc sayda itkiyə səbəb olan qırğın həyata keçirilmişdi. Bu qırğında 12.000 azəri türkü şəhid edilmişdi. Basqın və dəhşətlərdən xilas olmaq üçün Bakıdakı xalqın yarısı şəhəri tərk etmək məcburiyyətində qalmışdı.
İstanbula Azərbaycanın çox çətin bir vəziyyətdə olduğu haqqında xəbərlər gəlməyə başlamışdı. Azərbaycanın düşdüyü vəziyyət cəld hərəkət etməyi tələb edirdi. Ənvər Paşa ögey qardaşı Nuri Paşanı Qafqaz İslam Ordusunu yaratmaq məqsədiylə Azərbaycana göndərir. Düşmənlərin törətdikləri vəhşilik ağlagəlməz nəticələr verirdi. Xalq çox ağır günlər keçirirdi. Onlar üçün yeganə ümid mənbəyi Anadolu türkləri idi. Türk ordusu Azərbaycana gələrkən xalq yollara çıxır və ordunu həyəcanla qarşılayır. 25 may 1918-ci ildə Gəncəyə gələn Nuri Paşa burada işə başlayır. Ordu hazırlıqlarını bitirdikdən sonra Nuri Paşanın komandanlığı altındakı bölmələr işğalçıların əlinə keçən Səlyan, Ağsu, Kürdəmir və Şamaxını alır. Bakı hələ də işğalçıların əlində idi. Bakıya hücum edən türk ordusunun ilk hücumundan bir şey alınmır. Ağır vəziyyətdə olan xalq bundan narahat olur. İşğal altında olan Bakıda işgəncələr çox qorxulu hal almışdı. Xalq çarəsiz idi. İnsanların çarəsizliyini görən Abdulla Şaiq «Niye belə gecikdin» adlı şerində xalqın əhvalını belə ifadə edir:
Sensiz kalbim kırık, sönük, çiğnenmiş, hırpalanmış
Ömür şişem taşa değmiş, hayatım parçalanmış,
Kırık bir saz gibi sızlar kanlı, yorgun telleri.
Yıkılır da yakar bütün kaygı vurmuş elleri.Şu Vatanın öksüzleri, gelinleri, dulları,
Göz yaşıyla sulanmış hep geçtiğimiz yolları.
Yolunuzu beklemekten benizleri sararmış,
Hiç gelmedin. O şen gülen yürekleri gam almış.Sen gelmezsen, dolumsanmış yürekler
Sen gelmezsen, harabeye dönen kalp abad olmaz.
Sen gelmezsen, güneş doğmaz, ümit gülüm açılmaz
Dudaklarım gülmez, sönük bahtıma nur saçılmaz.Başkasını istemem de, ey Türk, çabuk sen gel, sen
Beklemekten yoruldum, ah, işte geç kaldın neden?
Yollarına taş mı dizilmiş? Ya azgın kullar mı?
Bırakmıyor? Taş, demir ya, çelik olsa da onlar.Yüreğinde şelaleden en metin, kızıl ateşle
Yak onları, erit, söndür, çiğne, boğ, ez, hırpala,
Hain alçak düşmanlara kol gücünü hep göster.
Aç yolları, çabuk gel ki kalbim seni pek ister.
Birinci Bakı hücumundan sonra xalq ordunun daha sürətlə hərəkət etməsi üçün Nuri Paşaya Bakıdakı vəziyyəti əks etdirən bir məktub göndərir. Bu məktubda: «Ey, türk əsgəri! Əgər sən Bakını ala bilməsən Bakıda sənin üçün açılan süfrələr qonaqsız qalacaq, sənin üçün kəsilən qurbanlar düşmənə qalacaq. Əgər sən bu şəhəri ala bilməsən müsəlman gəlinlərin duvaqları cırılacaq, sənin qalib gəlmən üçün qalxan əlləri zalımlar kəsəcək» şəklində xalqın düşdüyü vəziyyət əks olunur.
İkinci Bakı hücumu zamanı düşmən ordusu türk ordusunun hücumlarıyla təsirsiz hala gətirilir. Düşmən məğlubiyyətə uğradılır. Şəhər işğalçıların əlindən alınır. Xalq Nuri və Xəlil Paşanı xilaskar kimi qarşılayır. Onların sayəsində Azərbaycanın paytaxtı istiqlaliyyətinə qovuşur. Azərbaycan xalqı Qurtuluş gününün Qurban bayramı ilə üst-üstə düşməsiylə ikiqat sevinc yaşayır.
Türk ordusu Bakı döyüşlərində və bu döyüşlərdən əvvəl vuruşduğu bir çox bölgədə yüzlərlə şəhid verir. Bu döyüş bölgələrindən biri də Şamaxıdır. Şamaxı yaxınlığında şəhid olan bir zabitimizin yaralanmasından şəhid olmasına qədər olan müddət ərzində müxtəlif duyğulu anlar yaşanır. Şamaxı ətrafında gedən döyüşlərdə şəhid olan bu əsgərimizin adı bəzi mənbələrdə İzzət, bəzi mənbələrdə də Qədir olaraq çəkilir. Bu əsgər haqqında olan dastan nəsildən-nəslə ötürülərək bugünümüzə qədər gəlib çatmışdır. Rütbəsi mayor olan əsgərin şəhid olmasını Əlfayim Əziz özünün «Azadlıq naminə» adlı kitabında belə izah edir:
«İzzət Bəy Aşot adlı bir düşmənin atəş açması nəticəsində yerə yıxılır. Ətrafda yaşayan insanlar ağır yaralanan mayorun köməyinə yetişirlər. Əsgərimiz yaralandığı zaman orada olan Gülsabah adlı qadın hadisənin əvvəldən axıra qədər şahidi olur. Baş örtüyünü çıxarır və əsgərin yarasını sarımaq istəyir.
İzzət Bəy: «Bacım, sən qolumu möhkəm tut, mən gülləni çıxarım.» deyir.
Gülləni çıxarır. İzzət Bəy Gülsabahdan cibindəki yaylığını çıxarmağını xahiş edir. Gülsabah yaylığı İzzət Bəyə verir.
İzzət Bəy gülləni yaylığın içinə qoyduqdan sonra: «Artıq hər şey bitdi, yaramı sarımağa ehtiyac yoxdur. Qoy qanım bu torpaqlara axsın» deyir.
Halsız olaraq yerdə uzanan İzzət Bəy silah səslərindən özünə gəlir. Gələn Türk ordusu idi. Əsgərlər İzzət Bəyi yaralayan əsgəri orada baş verən döyüşdə vururlar. İzzət Bəy ordunun gəlməsinə çox sevinir. Qarşısında Nuri Paşanı görüncə həyəcanlanır. Nuri Paşa İzzət Bəyin yanına gəlir, onun başını dizlərinin üstünə qoyur. İzzət Bəy artıq son dəqiqələrini yaşayırdı. O, Nuri Paşaya: «Paşam, bir türk paşasının dizlərində can vermək mənim üçün böyük şərəfdir.» deyir.
Nuri Paşa ona təsəlli vermək üçün: «Sən yaşayacaqsan, daha çox zəfər qazanacaqsan.» deyə cavab verir.
Ancaq İzzət Bəy son dəqiqələrini yaşadığını hiss edir. Halsız şəkildə uzanan mayorun ətrafında hamı diz çökür. Şeyx Muhsin Quran oxumağa başlayır. İzzət Bəy Vətənindən minlərcə kilometr uzaqda ölüm-dirim mübarizəsi verən soydaşlarına yardım etmənin rahatlığını yaşadığı anlarda səssiz bir şəkildə oxunan Quranı dinləyir. Orada olan insanların bu mənzərə qarşısında hisslərinə hakim ola bilməyib göz yaşlarını saxlaya bilmədikləri görülür. İzzət Bəy bir müddət özünə gəlir və yanındakılardan halallıq istəyir. Cibindəki yaylığı güclə çıxararaq Nuri Paşaya:
– Paşam! Atam Anadoluda torpaqlarımızı qorumaq üçün vuruşarkən ağır yaralanmışdı. Bədənindəki gülləni güc-bəla ilə çıxardıqdan sonra yanında olan silah yoldaşlarına: «Bu gülləni oğluma verin. Mən Vətənim uğrunda qəhrəmancasına vuruşdum, ölkəm naminə can vermək üzrəyəm. Ona deyin ki, məni yaralayan bu gülləni yanında saxlasın, bunu iki etsin.» deyir və bədənindən çıxan güllə ilə əkiz qardaşlar kimi duran şəhadət nişanlarını göstərərək:
«Paşam! Mən atamın vəsiyyətini yerinə yetirdim. Onun dediyi kimi gülləni iki etdim. Güllənin üstündə olan qanım hələ qurumayıb. Siz də bu gülləni götürün və oğluma verin. Ona atasının da qəhrəmancasına vuruşduqdan sonra şəhid olduğunu deyin. Bu güllələri üç etməsini söyləyin.» deyə son sözlərini söyləyən İzzət Bəy vurulduğu yerdə dünyaya gözlərini yumur.
Xalq İzzət Bəyi yaralandığı zaman Şamaxıya aparmaq istəyir, lakin o, orada dəfn edilməsini vəsiyyət edir. Onun vəsiyyəti ilə öz Vətəni hesab etdiyi torpaqda, Şamaxı yaxınlığındakı Acıdərə kəndində dəfn edilir. O gündən bugünə qədər qəbrin adı «Türk məzarı» olaraq çəkilir.
Türk qəbri ilə bağlı apardığımız tədqiqat zamanı qarşımıza Bahtiyar İsmailli çıxır. Dr. İsmailin adı bu şəhid məzarı ilə adətən eyniləşdirilmişdir. Onun söylədiklərinə görə məzar sonradan işğalçılar tərəfindən bir-neçə dəfə məhv edilmək istənilir. Bu istiqamətdə hərəkətə keçənlər hökumət nəzdində təşəbbüs göstərsələr də istədiklərinə nail ola bilmirlər. Zaman keçdikcə müxtəlif təxribata uğrasa da xalq tərəfindən təmir edilir. Qəbrin daşı ilk dəfə Şamaxı qəsəbəsinin başçısı tərəfindən tikdirilir. Bu xeyirxah vətəndaş 1928-ci ildə öldürülür. Xalqın qəbrə sahib çıxmaları ilə yanaşı şairlər də öz şerləriylə vəfa borclarını yerinə yetirmişlər. Azərbaycan şairi Qabil o dövrdə rejimin təsirlərinə görə şəhid əsgərlə lazımınca maraqlanmadıqlarını, bu duyğularını ürəklərində saxladıqlarını bu misralarla dilə gətirir:
Türkün kabri
Kadim Şirvan yollarının
Üstündedir.
Azerbaycan toprağının,
Altında yok,
Sinesinde,
Göğsündedir,
Kollarının üstündedir.
Ben bu kabrin devrinde
Yetmiş bir yıl lal olmuşam,
Sağır olmuşam,
Yetmiş bir yıl
Bu basit bir zaman değil
Bu garibin
Muzdaribin
Bu askerin
Bu yaverin
Şehit ruhu,
Şanlı ruhu huzurunda
Hacaletten har olmuşam.
Türk sözünü,
Türk adını
Dilimize getirmek de cineyetti.
Türkün kabri
Hasret kaldı
Anaların bacıların
Sımsıcak gözyaşına
Gözyaşını bulut sıktı
Yağış döktür baş taşına
Türkün kabri hasret kaldı
Anaların bacıların
Ağısına
Bunu reva görmem hiç
Düşmanımın da düşmanına.
Türkün kabri hasret kaldı
Anaların bacıların kara matem libasına
Sonrakı dövrdə kimsəsiz qalan qəbrə xalqın marağı davam etmiş, ərtafını Şamaxılı Məhəmməd adlı bir sürücü bərpa etmiş, daha sonra Şamaxılı Babaxan Rzaxanov adlı başqa bir sürücü də məzarın ətrafını dəmirlə dövrəyə almışdı. Babaxan 1964-cü ildə dindirilir, ifadəsi alındıqdan sonra altı gün həbsxanada qalır, o dövrdə Türkiyə və Sovet İttifaqı arasındakı əlaqələrin yumşalması nəticəsində azad edilir. Sonrakı dövrlərdə Bahtiyar İsmaillinin oğlu tərəfindən təmir edilən qəbrə Türk bayrağı qoyulur. Mezarın başdaşına bu misralar yazılır:
Bir Türk kahramanınındır bu mezar,
Gör nasıl yer ile yeksan eyleyipdir hakzar,
Kafkas İslam yolunda eyleyip zinhar canın
Erseyi harp içre bir aslanındır bu mezar.
Bəxtiyar Vahabzadə «Tənha məzar» şerindən bir-neçə misra yazdığı lövhəni adamların oradan keçərkən görə biləcəkləri bir yerə asdırmış və məzarın ətrafını da düzəltdirmişdir. Vahabzadənin insanlara söylədiyi şer belədir:
Yolun kenarında tenha bir mezar
Üstünde ne adı var, ne soyadı.
Ey yolcu, arabanı eyle bu yerde
Soruş kimdir yatan tenha yerinde
O bir Türk zabiti kahraman, metin
Doğma kardeşine yardıma geldi.
Kırgına tutulan milletimizin
Haklı savaşına yardıma geldi.
Uzaktan hay verip senin sesine
Geldi, geldi dönmedi öz ülkesine
Düşman saflarını o soldan sağa
Biçip destesiyle cepheyi yardı.
Toprağın uğrunda düşüp toprağa
Senin toprağını sana gaytardı.
Özü koruduğu, hem can verdiği
Yolun kenarında defn edildi o.
Uğrunda canını kurban verdiği
Toprağı özüne vatan bildi o,
Yolcu arabanı bu yerde durdur
O mezar önünde sen tazim eyle
Saygı duy, dua ver onun ruhuna,
Ayak bastığın yer borçludur ona.
1918-ci ildən bəri hər cür təzyiq və zülmlərin tətbiq edildiyi bir dövrdən bu günə qədər keşikdə duran Türk şəhidi Azərbaycan xalqının qəlbində onlara verə biləcəyi ən qiymətli hədiyyə olan canını fəda edərək taxt qurmuşdur. Bu dövrdə pasportlardan Türk adının çıxarılmasına, bu adı çəkənlərə ən ağır cəza verilməsinə baxmayaraq, Türk adı bu qəbirdə ölümsüzləşmişdir. Bu səssiz məzar sanki yoldan keçən adamlara o dövrdə Azərbaycanda həyata keçirilmək istəyən mənfur siyasətdən danışır. Tonlarla kitab və minlərlə yazıçının deyə bilmədiyini sanki oradan keçənlərin qulağına fısıldayır, tarixi vəzifəsini yerinə yetirməsi ilə yoldan keçənləri salamlayır.
Qafqaz Universiteti, Türk dili və Ədəbiyyatı Bölməsi
MƏNBƏLƏR
- 1-ci Dünya Müharibəsində Osmanlı ordusunun Qafqaz hərəkatı, Azərbaycan Milli Ordusunun qurulması və Azərbaycanın stiqlaliyyətini qazanması, Babkmı mətbəəsi, Bakı, 1988, s.14-15
- Nasır, Yüceler, Birinci Dünya Müharibəsində Osmanlı ordusunun Azərbaycan və Dağıstan hərəkatı, Ankara, 1996, s.34
- Nasır, Yüceler, həmin kitab, s.43
- Respublika qəzeti, 28 aprel 1999
- Nasır, Yüceler, həmin kitab, s.127
- Əlfaim Əziz, Azadlıq naminə, Bakı, 2000, s.157-158
- Vışka qəzeti, 6-7 aprel, 2001,
- 168 saat, 24 may 2001
- Ədalət qəzeti, 27 aprel 1999
- Xalq qəzeti, 18 may 1999