AZƏRBAYCAN FOLKLORU
Xalq mahnısı
AY BÜLBÜLLƏR
Bu dağı bağ eylərəm, ay bülbüllər,
Yanım çardaq eylərəm, ay bülbüllər,
Eşitmişəm sən gəlirsən, ay bülbüllər,
Yolunu çıraq eylərəm, ay bülbüllər.
Evlərində var kilim, ay bülbüllər,
Lal olsun manim dilim, ay bülbüllər,
Gedəndə küsdü getdi, ay bülbüllər,
Gəlsə necə dindirim, ay bülbüllər.
Oba köçdü oymaqdan, ay bülbüllər,
Su yorulmaz axmaqdan, ay bülbüllər,
Yar yardan necə doysun, ay bülbüllər,
Pencırıdın baxmaqdan, ay bülbüllər.
Geri qayıtmaq