ÖN SÖZ

 

 

Salam!

İnternet saytımıza xoş gəldiniz.Bu saytı hazırlamağımızın ən mühüm səbəbi bu ölkəyə olan sevgi və məhəbbətimizdir.

2006-cı ildə hazırladığımız və gecə-gündüz Azərbaycanı dünyaya tanıdan  barədə materiallar yerləşdirdiyimiz  internet saytı olması baxımından bu sayt bizi həddindən artıq məmnun edir.Azərbaycanımız görülən ən yaxşı işlərə layiqdir.

Dünya son 100-150 ildə bu regiondan neftə görə danışır.Laqeyd yanaşılaraq yaddan çıxan ancaq həqiqi sərvət olan mədəni zənginliyini qaranlıq guşələrdən çıxarmaqla birlikdə öz dünyası içində olan unudulmuşluqdan çıxarmaq,sizlərə də tanıtdırmaq, bu yolda yandırılan şamlara biz də bir şam əlavə etmək istədik.

Tarix boyu bu diyarlarda gözəl sənət əsərləri yaradılmışdır, xüsusilə,musiqi sahəsində   tayı-bərabəri olmayan əsərlər meydana çıxarılıb.Ona görə saytımızın hər guşəsindən, xüsusilə də musiqi bölməsindən son dərəcə razı qalıb nümunələri bəyənəcəyinizə inanırıq.

Azərbaycan-  təbiətini görməyə,yeməklərini yeməyə,musiqisinə qulaq asmağa,sadə insanları tanımağa dəyən bir ölkədir.Biz oranın gözəlliklərinə illər boyu heyran qalmışıq,onları tam mənada hiss edə bilmək üçün o torpaqları görməklə,xalqın arasında yaşamağınızla mümkündür.

Bu  internet saytımız vasitəsiylə Azərbaycanın mədəni zənginliyinin daha çox tanıdılmasına bizim də dəstəyimiz olsa, özümüzü xoşbəxt hiss edəcəyik.Sizdən xahiş edirik ki,saytımızda gördüyünüz nöqsanları bizə,bəyəndiyiniz cəhətləri isə dostlarınıza çatdırasınız.Saytın hazırlanmasında zəhməti olan bütün dostlarımıza  təşəkkürümüzü bildiririk.

‘’1918-ci ildə babamız Nuri Paşa və əsgərləri Azərbaycana gedərək ölkəni düşməndən  təmizlədi.Orada 1130 şəhdimiz  var.

Biz də babalarımızın yolundan gedərək Azərbaycanımızı ikinci vətən kimi gördük və orada yaşadığımız 10 il müddətində gecə-gündüz Azərbaycanın xeyrinə olan işlər görməyə çalışaraq bu torpaqlarda yaşamışıq”

Azərbaycanın və onun mədəniyyətinin tanınması üçün bu saytların çoxalmasını arzu edir,hamınızı tək-tək salamlayır,sevgilərimi göndərirəm.”Allaha əmanət olun”- deyirik.

Ziya Şahin