SAYAÇI SÖZLƏR

SAYAÇI SÖZLƏR

Salaməleyk say bəylər,
Bir-birindən yey bəylər!
Saya gəldi gördünüz,
Salam verdi aldınlz.
Alnı təpəl qoç, quzu,
Sayaçıya verdiniz.
Siz sayadan qorxmursuz,
Səfa yurda qonmursuz,
Səfa olsun yurdunuz!
Ulamasın qurdunuz!
Aç getsin avanınız,
Tox gəlsin çobanınız.
Bu saya yaxşı saya,
Həm çeşməyə, həm çaya.
Həm ülkərə, həm aya,
Həm yoxsula, həm baya.

Bu saya kimdən qaldı?
Adəm atadan qaldı.
Adəm ata gələndə,
Qızık öküz durunda,
Qızıl buğda bitəndə,
Dunya binnət olanda.
Musa çoban olanda
Şişliyimiz erkəçdi.
Onun dördü uludu,
Aşıqlığı qurudu.
Uçası qiymətlidi,
Qabırğası dadlıdı.
Qabırğa içi pərdə,
Salmaz adamı dərdə.
Pərdəsi iki rəngdi,
Böyrək ona dirəkdi,
Altmış arşin bağırsaq,
Bir-birinə ulğaşıq.
Qoyun baxar dağlara,
Sel tək axar dağlara.
Aradan dönən sürü
Yayda çıxar dağlara.
Gözəl keçsin halınız,
Artsın qara malınız.
Avanınız yox olsun
Tox gəlsin çobanınız.

Geri qayıtmaq

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir